Günay sevgilisi ilə barışdı

  • 14.01.2020
  • 0

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcı ilə barışıb.

BiG.AZ xəbər verir ki, onlar tədbirlərin birində görüntüləniblər. Bir müddət öncə İnstaqramda birlikdə olan fotolarını silən və bir-birini izləmədən çıxaran cütlük kameralara gülümsəyərək pozlar veriblər.

Qeyd edək ki, modelin sevgilisi Türkiyənin ən varlı ailələrindən sayılan Tatlıcılar nəslindəndir.

Nə düşünürsən?