Sumqayıt-Bakı sürət qatarı piyadanı vurub öldürdü

  • 25.12.2017
  • 0

Sumqayıt-Bakı sürət qatarı piyadanı vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 23-də saat 20:00 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində Sumqayıt-Bakı sürət qatarı Kürdəmir rayon sakini Səbuhi Azayev vurub. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?