Azərbaycanda intihara cəhd edən qadın belə xilas edildi

  • 13.01.2020
  • 0

Yanvarın 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun Hacıbədəlli kəndində 1 nəfər qadın intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasediciləri müdaxilə edib.

Onların müdaxiləsi sayəsində özünü Yuxarı Qarabağ kanalına ataraq intihara cəhd edən vətəndaş sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Nə düşünürsən?