Piyadalarla danışacaq avtomobil hazırlanır

  • 13.01.2020
  • 0

"Tesla” şirkətinin rəhbəri İlon Mask elektromobillərdə tezliklə dinamiklər vasitəsilə piyadalara müraciətə imkan verəcək funksiyaların işə düşəcəyini bəyan edib.

Bu barədə TASS agentliyi xəbər yayıb.

"Əgər istəsəniz, onlar tezliklə insanlarla danışa biləcəklər”, - deyə o bildirib.

Bununla yanaşı, şirkət rəhbəri bu funksiyanın əvvəlcə hansı məqsədlə yaradıldığını izah etməyib. (oxu.az)

Nə düşünürsən?