Bazaya hücum olacağını ABŞ hərbçiləri iki saat əvvəl biliblər - İlk dəfə yayıldı

  • 13.01.2020
  • 0

ABŞ-ın İraqdakı bazaları İran ordusunun hücumundan sonra ilk dəfə görüntülənib.


ABŞ-ın CNN televiziyası "Eyn əl Esad” bazasında çəkiliş aparıb. Məlumata görə, bazaya hücumun olacağı barədə amerikalı hərbçilər hələ iki saat əvvəl xəbər tutublar. Amerikalı hərbçilərin əksəriyyəti bazadan təxliyə edilib. Bir neçə əsgər isə sığınacağa yerləşdirilib.


Jurnalistin sözlərinə görə, raketlərdən biri sığınacağın yaxınlığına düşsə də, möcüzə nəticəsində tələfat almayıb. Bazaya azı 11 raket atılıb.


Qeyd edək ki, İran 80 amerikalı hərbçinin həlak olduğunu irəli sürsə də, Vaşinqton iddiaları təkzib edib. Bundan əvvəl hücuma məruz qalan bazaların peyk görüntüləri yayımlanmışdı.


publika.az

Nə düşünürsən?