Qvardioladan çox danışılacaq Messi açıqlaması

  • 13.01.2020
  • 0

 İngiltərə Premyer Liqasının XXII turunda "Mançester Siti" səfərdə "Aston Villa"nı məğlub etdikləri (6:1) oyunda Serxio Aquero het-trik edib.


Offsideplus.az xəbər verir ki, oyundan sonra "şəhərlilər"in baş məşqçisi Qvardiola jurnalistin "ən yaxşı hücumçun Aquerodur" sualına "ən yaxşı hücumçum Messidir" cavabını verib.

"Yaxşı, bəs ən yaxşı 9 nömrə?" sualına ispan mütəxəssisin cavabı daha maraqlı olub: " Ən yaxşı "nömrə 9", "nömrə 10", "nömrə 11", "nömrə 6", "nömrə 4"... Messidir".

Nə düşünürsən?