1xbet

Bu ərazilərdə qaz olmayacaq

  • 12.01.2020
  • 191 baxış
  • 0

Magistral qaz kəmərinin zədələnməsi ilə əlaqədar Azərbaycanın bəzi rayonlarında qaz təminatında fasilələr yaranacaq.

Bu barədə “Azəriqaz İB” rəsmi “Facebook” səhifəsi ilə xəbərdarlıq edib.


Bildirilib ki, “yanvarın 12-də yol tikintisi ilə məşğul olan podratçı təşkilat tikinti işləri icra edərkən “Qaz İxrac” İdarəsinin balansında olan “Xaldan-Balakən” yüksək təzyiqli magistral qaz kəmərinin Şəki rayonu, Dəhnə kəndindən keçən hissəsini zədələyib:


“Təcili tədbirlər görülərək kəmərdə təzyiq dərhal aşağı endirilib və qaz xəttinin 29-59-cu km-ləri arasında qəzanın ləğv edilməsi məqsədilə saat 15:20-də qaz təchizatı dayandırılıb. Yaxın 1-2 saat ərzində borudan qaz qəbulu davam edəcək, lakin sonradan təzyiq aşağı düşdükcə Şəki, Qax, Zaqatala, Balakən rayonlarının qaz təminatında fasilə yaranacaq. Bütün yerli icra hakimiyyətləri baş verənlər barədə ətraflı məlumatlandırılıb”.

Nə düşünürsən?