12 yanvarın havası

  • 12.01.2020
  • 0

Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, arabir güclənən şimal-qərb  küləyi əsəcək.

Havanın temperaturu  gecə 2-5, gündüz 6-8, Bakıda  gecə 3-5, gündüz  6-8 dərəcə isti olacaq.

Yanvarın 13-də bölgələrdə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  6-11 dərəcə  isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  3 dərəcə şaxtadan 2 dərəcəyədək  isti olacaq.

Nə düşünürsən?