Baba Vəziroğlu kimdir?

  • 11.01.2020
  • 0

Baba Vəziroğlu kimdir?


Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 2020-ci il tarixli Sərəncamına əsasən Baba Vəziroğlu “Şöhrət” ordeni ilə təltif edilib.


Bəs bilirsinizmi ki, Baba Vəziroğlu kimdir?


Buyurun, “TarPas” kanalının hazırladığı bu videoda Baba Vəziroğlu ilə tanış olun.


Baba Vəzir oğlu Məsimov  10 yanvar 1954-cü ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. Orta təhsili qonşuluqda yerləşən Hacıhətəmli kənd orta məktəbində alıb. Sonra əmək fəaliyyətinə başlamış, "Pravda" kolxozunda işləmiş, oradan Azərbaycan Dövlət Universitetinin hazırlıq fakültəsinə göndərilmişdir. 1971-1972-ci illərdə universitetin hazırlıq fakültəsində oxumuş, 1972-1977-ci illərdə isə Jurnalistika fakültəsində ali təhsil almışdır. 1985-ci ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini qiyabi bitirmişdir.


Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqının Mərkəzi Komitəsinin RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında gənc nasirlər birliyinin rəhbəri olmuşdur. 1979-cu ildən Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı olmuş, 1979-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi vəzifəsində işləmişdir. 1989-cu ildən “Molla Nəsrəddin” jurnalının baş redaktoru olmuşdur. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir. Uzun illər teleşirkətdə aparıcı olmuş; 1991-1992-ci illərdə isə teleşirkətdə ədəbi proqramlar studiyasının müdiri vəzifəsində fəaliyyət göstərmişdir. 1993-1994-cü illərdə “Yurd” jurnalının məsul katibi, 1994-cü ildən "İstedad" jurnalının baş redaktorunun müavini vəzifəsində işləmişdir. 1997-1998-ci illərdə "Mir" Dövlətlərarası Teleradio Şirkətində redaktor, 1998-2002-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor, 2002-ci ildən isə həmin ittifaqın idarə heyətinin katibi olmuşdur. 



Hələ, orta məktəbdə oxuyarkən ilk şeirlərindən olan "Qocalar” və "Çinar ömrü” rayonun "Zəhmətkeş” qəzetində çap olunub. 1976-cı ildə "Ulduz" jurnalının 8-ci nömrəsində çap etdirdiyi "Bir yaz axşamı" və "Mağazinçi Dadaş" hekayələri ilə ədəbi fəaliyyətini mütəmadi davam etdirmişdir. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmiş, əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Tanınmış bəstəkarlar tərəfindən onun çox sayda şeirlərinə mahnılar bəstələnmiş, məşhur müğənnilər onun şeirlərinə bəstələnmiş mahnıları ifa etmişlər.


"Həsən Seyidbəyli", "Yeri boş qalan adam", "Sənsiz və ya ömrün son axşamı", "Haradan başlanır vətən", "Elegiya", "Beş nəğməlik ömür" və başqa sənədli filmlərin ssenari müəllifidir.


1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Baba müəllim, 1982-ci ildə Sovet nümayəndə heyətinin tərkibində Bolqarıstanda tərcüməçilərin beynəlxalq müşavirəsində iştirak etmiş, 1984-cü ildə Almaniya Demokratik Respublikası Yazıçılar İttifaqının dəvəti ilə Almaniyada yaradıcılıq ezamiyyətində olmuşdur. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən VIII Ümumittifaq müşavirəsində nümayəndə kimi iştirak etmişdir.


Rumın dramaturqu İon Luka Karacalenin "İtirilmiş məktub" dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə Baba Vəziroğlu 1983-cü ildə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülmüşdür. 1988-ci ildə Respublika komsomolu mükafatının, 2000-ci ildə isə "Humay" mükafatının laureatı olub.


Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 1 avqust 2005-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş; 10 yanvar 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.


TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw


TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html

TarPas "twitter"də: https://twitter.com/Cekli829


Tövsiyə etdiyim videolarım:

➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA

➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs

➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro

➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0

➡Əjdaha meyvəsi https://youtu.be/8fMJ2nTzYNw

➡Roş-Ha-Şana https://youtu.be/zXYVomBFJRw

➡Ge Hinnom vadisi https://youtu.be/VWOiTLOBcno

➡Ölülər Günü https://youtu.be/lL-zRmz1iSM

➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY

➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs

➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI

➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk


Musiqi: YouTube Library

Good Morning! NEW 2:12 Reed Mathis Çocuklar | Neşeli

Nə düşünürsən?