Torpaq bazarında canlanma var

  • 10.01.2020
  • 0

Torpaq bazarında canlanma var.Qiymətlər son 1 il ərzində 11 faiz bahalaşıb.

Son illərin ən gəlirli sahələrindən olan daşınmaz əmlak bazarında yenidən canlanma müşahidə edilir.Əmlak üzrə ekspertlər bildirir ki,hər il torpaq bazarına tələbat artdığından qiymətlər də artır.Ötən ilin göstəriciləri onu deməyə əsas verir ki,bu il də qiymətlər artacaq.

Ekspert bildirir ki,şəhərin mərkəzinə yaxın ərazilərdə boş torpaq sahələri çox az qalıb.Bu da həmin ərazilərdə qiymətlərin artmasına səbəb olub.Beləki hazırda mərkəzə yaxın ərazilərdə torpağın bir sotu 150 min manat civarındadır.

Ramil Osmanlının sözlərinə görə,son 3 ildir ki,artıq Azərbaycanın daşınmaz əmlak bazarı aylıq bir rəqəmli olaraq artır.

Nə düşünürsən?