Badamdarda son vəziyyət

  • 10.01.2020
  • 0

Badamdarda dünən torpaq sürüşməsinin baş verdiyi ərazidə mənzərə eynilə qalmaqdadır.

Ərazidə yaşayan sakinlər isə yol bağlı olduğu üçün mağazaya, eləcə də uşaqların məktəbə gedə bilmədiklərini deyirlər.

Məsələ ilə bağlı "Xəzər Xəbər"ə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov bildirir ki, hazırda ərazidə sürüşmə aktiv şəkildə davam edir.

Nazirlik rəsmisi ərazidə təmizlik işlərinin nə zaman başlayacağı məsələsinə də aydınlıq gətirib.

Nazirlik rəsmisi ərazidə sürüşmə prosesinin daim nəzarət altında olduğunu və mütəmadi olaraq məlumatların ictimaiyyətlə paylaşılacağını deyib. Xatırladaq ki, ərazidə sonuncu dəfə 2018-ci ilin oktyabrın 12-də sürüşmə baş verib.

Nə düşünürsən?