İlkin Nərmini bu əraziyə gətirib

  • 10.01.2020
  • 0

Nərmin Quliyevanın Tovuz rayonunun Dondar Quşçu kəndində saxlanıldığı otaqda qanabənzər ləkələr tapılıb. 

Ev onun yandırıldığı yerdən 50 metr məsafədədir.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib. 

İstintaq-əməliyyat qrupu tərəfindən İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb. 

Hadisəyə görə Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 47 yaşlı Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. 

İ.Süleymanov dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Nə düşünürsən?