Quba-Qonaqkənd yolu genişləndirilir

  • 10.01.2020
  • 0

Qubanın təngəaltı ərazisindəbu istiqamətə gedən yolun qayalıqlar arasından keçən hissəsigenişləndirilir. İnşaatçılar qayaları çapmaqla paralel çay istiqamətində də 12 metr hündürlükdə beton sədlərin tikintisini aparır. Bu yol 110 km-lik Quba- Şamaxı yolunun çəkilişinin ilkin mərhələsidir.

Quba-Qonaqkənd yolu genişləndirilir. Bəzi ərazilərdə yolun bir hissəsi çayın üzrəndən keçəcək.

Qubada bu istiqamətə çətin relyefli ərazilərdən keçən yolda mühüm infrastruktur layihələri icra olunub. Quba-Qonaqkənd yolunun Təngəaltı ərazisindən keçən hissəsində yolun genişləndirilməsi avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı bu yerlərinturizm potensialının artımına da müsbət töhfələrini verəcək. Yolun genişlənməsi zamanı bərk qayalar dagıdıla bilməyəndə yol çaya tərəf genişləndirilir.

Quba-Qonaqkənd yolunun genişlənməsi həm də ona görə əhəmiyyətlidir ki, respublikamızın şimal-qərb bölgələrini birləşdirəcəkyolun bir hissəsini təşkil edir. 110 km-lik Quba- Şamaxı yolunun çəkilişinin ilkin mərhələsidir.

2020-ci ilin yay mövsümündə işlər yekunlaşdıqdan sonra qayalar xüsusi işıq effektləri ilə işıqlandırılacaq. Yoldabeton keçidlər quraşdırılacaq.

Nə düşünürsən?