İstanbulda məktəb yandı

  • 10.01.2020
  • 0

İstanbulda özəl məktəblərin birində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin Başakşəhər rayonunda qeydə alınıb.

Yanğınla əlaqədar binadan şagird və müəllimləri təxliyə edilib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğının qarşısını almaq mümkün olub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Nə düşünürsən?