Bakıda döngəyə sərt girən TIR aşdı

  • 10.01.2020
  • 0

Bakıda ötən gün axşam saatlarında TIR-ın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Ukrayna dairəsindən Rahib Məmmədov küçəsi istiqamətində hərəkətdə olan yük maşını döngədə aşıb.

Aşan TIR yol infrastrukturuna ziyan vurub. Hadisə yerinə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Nə düşünürsən?