Körpələr niyə ağlayır? - Pediatr əsas səbəbləri açıqladı

  • 10.01.2020
  • 0

Doğuşdan öncə körpənin ağciyərlərinin vəzifəsi göbək bağı vasitəsilə ananın üzərinə düşür. Körpə doğulandan sonra göbək bağı ilə olan əlaqəsi kəsilir. Bundan sonra onun qapalı ağciyərləri açılmağa başlayır. Bu, ağrılı bir dönəmdir. Elə körpənin dünyaya gələn kimi ağlamasının səbəbi də ağciyərlərinin açılması ilə bağlıdır.

Publika.az türkiyəli pediatr Dicle Çelikin körpələrin ağlama səbəbləri ilə bağlı paylaşdığı bilgiləri təqdim edir.

Körpənin ağlaması daha çox valideynləri narahat edir. Ana və atalar ailənin yeni üzvünün səsindən gərginləşərək öz aralarında mübahisə belə edə bilirlər. Burada körpənin niyə ağladığının kəşf edilməsi və ona uyğun şəkildə sakitləşdirilməsi çox önəmlidir.

Nə düşünürsən?