Qisas almaq üçün kafeni yandırdı

  • 23.12.2017
  • 0

Abşeronda kafeni yandıran şəxs saxlanılıb. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 19-da Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki kafenin yanması faktı ilə əlaqədar görülmüş müvafiq tədbirlər və aparılan araşdırmalarla yanğının qəsdən törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayonunun Zərdabi kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Qənbəri Quba Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?