Qasım Süleymaninin anti-Azərbaycan mövqeyi: Həsən Ruhaninin sabiq müşaviri şok faktlar açıqladı

  • 09.01.2020
  • 0

Yanvarın 3-də Bağdadda öldürülümüş İran İslam İnqilabı Keşikçiləri Korpusunun  (SEPAH) Qüds ordusunun komandanı general Qasım Süleymani ölkənin xarici siyasətinə təsir edən  əsas fiqurlardan biri olub. 

Məlumata görə, Süleymani Tehranın Qarabağ münaqişəsi ilə bağlı siaysətinə də təsir edib.  İranın rəsmi "Şəbəkə-Xəbər" televiziyasına müsahibə verən xarici siyasət üzrə ekspert  Cahanbəxş İzədi maraqlı məqamlara toxunub.

Ekspert Qasım Süleymaninin Zəngəzurun Azərbaycana qaytarılması məsələsinə  mane olduğunu açıqladı. 

“Mən çox açıq bir misal göstərim. Siz bir Ermənistan mövzusuna baxın. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikası arasında bir quru sərhədi yoxdur.  Qarabağın (Zəngəzuru nəzərdə tutur-red)  Azərbaycana verilməsi planı var idi. Bu planın həyata keçməsi, bəlkə, İran İslam Respublikasının xeyrinə ola bilərdi, amma Qasım Süleymani bu plana qarşı çıxdı. Çünki bu planın arxasında müəyyən  niyyətlərin ola biləcəyini  düşünürdü. Soruşa bilərsiniz ki,  bu planın arxasında nə hazırlıq  ola bilərdi? Bu planın ən önəmli həlqəsi kimi bölgədə pantürkist dəstələr ortaya çıxa, bu isə mövcud şəraiti dəyişdirə bilərdi”-deyə, İzədi bildirib. Qeyd edək ki, Cahanbəxş İzədi İranın Məsləhət Şurası Katibliyinin siyasi, təhlükəsizlik və müdafiə komitəsində 8 il məsul vəzifədə işləyib.  O, həmçinin İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin müşaviri və məsləhətçisi olub.

Nə düşünürsən?