BŞDYPİ-yə rəis təyin olunan Rəşid Piriyev hansı vəzifələrdə işləyib?

  • 09.01.2020
  • 0

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. Ypx.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Rəşid Piriyev Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə yeni rəisi vəzifəsinə təyin edilib. Nəzərinizə çatdıraq ki Rəşid Piriyev 2018-ci ilin sentyabr ayına qədər Şirvan Şəhər Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb. 2018-ci il sentyabr ayında sabiq Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 2019-cu ilin oktyabr ayında isə Rəşid Piriyev Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edilib.

Nə düşünürsən?