Bu şəxslərə diplomlar veriləcək

  • 08.01.2020
  • 0

Təhsil sistemində bir sıra proseslərin asanlaşması üçün yeni bir agentlik fəaliyyətə başlayacaq. Artıq bununla bağlı qərar da verilib. Bu agnetlik vasitəsi ilə xüsusi bir peşədə çalışıb amma diplomu olmayan şəxslərə diplomlar veriləcək və ya xaricdə təhsil alıb diplomunu təstiqlətmək istəyənlər bu işi daha tez qaydada həyata keçirəcəklər.

Hər hansı peşə təhsili olmayan, amma o sahə üzrə işləyən şəxslərə diplomlar veriləcək. Bunu təhsil nazirliyi yanında yeni yaradılacaq təhsilin keyfiyyətinə təminat agentliyi həyata keçirəcək. Bu barədə təhsil nazirinin müavini İdris İsayev məlumat verib.

Nazir müavinin sözlərinə görə bu şəxslər xüsusi imtahanlardan keçib bilik və bacarıqlarını göstərdikdən sonra onlaraxüsusi dövlət sənədi veriləcək.

Qurum həmçinin xaricdə təhsil alanların diplomlarının təsdiqlənməsi işini də həyata keçirəcək.

Qeyd edək ki, agentliyin yaradılması ilə bağlı qərarı keçən il verilib. Yaxın iki ay müddətində agentliyin sturukturları və digər prosedurları tam başa çatdıqdan sonra tam fəaliyyətə başlayacaq.

Nə düşünürsən?