Müğənni həmkarını pis vəziyyətdən çıxardı

  • 08.01.2020
  • 0

Ötən gün Cənubi Koreyada keçirilən “Golden Disc Awards” mükafatlandırma mərasimində dünyaca məşhur “BTS” qrupunun üzvü Vinin başına iş gəlib.
Axşam.az xəbər verir ki, qırmızı xalça üzərinə çıxan sənətçi öz ayaqqabısına ilişərək qəfildən yerə yıxılıb. Bunu görən qrupun digər üzvü Cin də dostunun özünü pis hiss etməməsi üçün dizlərini yerə atıb.
Cinin bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən alqışla qarşılanıb.

Nə düşünürsən?