Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı unikal yenilik

  • 07.01.2020
  • 0

Ölkədə yol-nəqliyyat hadisələrinin elektron məlumat bazası yaradılacaq. Nəticədə avtoqəzaların başvermə səbəbləri və hadisənin nəticələri barədə daha müfəssəl məlumat toplanacaq. Yeni sistem sayəsində sığorta ödənişləri də daha tez həyata keçiriləcək.

Elektron məlumat bazasının yaradılması "Yol hərəkətinin təhlükəsizliyinə dair" Dövlət Proqramında nəzərdə tutulub. Hazırda "Yol-nəqliyyat hadisələri" elektron məlumat bazasının yaradılması istiqamətində iş gedir. Baza hazır olduqdan sonra qəza baş verdikdə hadisə yerinin şəkli dərhal yerində çəkilib sistemə ötürüləcək və təqsirkar tərəfin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib oluncaq.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, məlumat bazasında hadisələrin elektron xəritəsi də yaradılacaq və onun köməyi ilə qəza nöqtələrinin vizual görüntüsünü əldə etmək mümkün olacaq.

Bu məlumat bazasının yaradılması sığorta ödənişlərinin tez bir zamanda köşürülməsinə də kömək edəcək.

Kamran Əliyevin sözlərinə görə, Dövlət Proqramında hadisə yerinə müvafiq qəza-xilasetmə bölmələrinin qısa müddətdə çatması və daha operativ əlaqələndirməni təmin etmək üçün təlimlərin keçirilməsi də nəzərdə tutulub. Belə təlimlərdən biri ötən ilin sonunda Gəncədə keçirilib və digər bölgələrdə də davam etdiriləcək.

Nə düşünürsən?