"Aparıcı ətəyimi qaldırdı, ayağımı göstərdi..." - Əməkdar artist

  • 07.01.2020
  • 0

Əməkdar artist Sevinc Sarıyeva səhhətində yaranan problemdən danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı "Ona qalsa" verilişində bildirib ki, ötən il ayağı qırılıb:

“İndi 3 günlük konsertlər verir, bunu reklam da edirlər. Əslində konsert bizim tamaşaçımıza olan hesabatımızdır. Hər dəfə səhnəyə çıxanda ustadların qarşısında imtahan vermiş oluruq. Konsertlərim çəkilib, efirdə yayımlanıb. Amma ajiotajlı təqdimatı sevmirəm. Ona görə də elə təqdimat olmayıb. O vaxt ayağım sınanda efirdən zəng edib dedilər ki, gələk sizi xəstəxanada yataqda çəkək. Razı olmadım. Çünki öz canımın hayında idim. Ötən il ayağım gipsdə olan zaman qonşu kanalların birində qonaq idim. Bu barədə danışmaq istəmirdim. Amma aparıcı ətəyimi qaldırdı, ayağımı göstərdi, utandım. Ayağım gipsdə olduğu üçün xüsusi ayaqqabı tikdirmişdim. Ayağımın sındığını efirdə görən insanlar mənə zəng etdilər. Çox maraqlanan oldu. İstəməzdim ki, ayağımın sınmağını onlar bilsin. Neqativ verməyi sevmirəm”.

Nə düşünürsən?