"Şəkər" xəstəliyi olan sürücü YPX əməkdaşlarının etdiklərindən danışdı

  • 06.01.2020
  • 0

5 yanvar saat 18:10 radələrində Bakı-Sumqayıt yolu ilə paytaxt istiqamətində hərəkətdə olan 90 CC 116 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Sadıqov Vüqar şəkər xəstəliyinə görə anidən halı pisləşir. Bundan sonra o maşını yolun təhlükəsiz hissəsində saxlayır. Özündə olmayan sürücüyə Baş Dövlət Yol Polisi İdarəsinin ENB-nün 99 YP 686 dövlət qeydiyyat nişanlı xidməti avtomobili ilə xidmətdə olan YPX əməkdaşları yaxınlaşıb. Sürücünün halının pis olduğunu görən YPX əməkdaşları təcili ilk yardım edərək ona kömək ediblər. Bundan sonra sürücünün avtomobilini idarə edən YPX əmədaşı onun xəstəxanaya çatdırılmasına kömək edib. Sürücü bu hadisədən sonra bu gün “Qaynar xətt”imizə yazaraq adlarının İsmayılov Rüstəm, Şahverdiyev Pərviz və Ağagülov Vüsal olan YPX əməkdaşlarının bu hərəkətini məlumat verib, onlara təşəkkürünü çatdırdığını və bunun ictimailəşdirilməsini xahiş edib. Biz də YPX.AZ olaraq bu kimi halları işıqlandıb ictimailəşdirərək, qanun keşikçiləri ilə vətəndaşlar arasında belə həmrəy, isti əlaqələr olması hallarının daha da artmasını ümid edirik. Oxucumuzun göndərdiyi səs yazısını olduğu kimi sizlərə təqdim edirik:

Nə düşünürsən?