Qayda pozan avtobus sürücüsü: “Mən vaxtla işləyirəm”

  • 04.01.2020
  • 0

Xırdalan Binə ticarət mərkəzi müntəzəm marşurut xətti ilə işləyən 596 nömrəli avtobus kobud qayda pozuntusuna yol verib. 90 SZ 837 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü qismən tıxac olan yolda xəttin tələbini pozaraq əks yolda hərəkət edib. Həmin görüntülər hərəkətdə olan digər sürücü tərəfindən video qeydə alınaraq sosial şəbəkədə paylaşılıb. Videodan da göründüyü kimi sürücü öz iradını bildirdiyi zaman marşurut sürücüsü qayda pozuntusuna “mən vaxtla işləyirəm” deyərək haqq qazandırır və “guya sən heç protiv çıxmamısan?” sualını ünvanlayıb. Sözügedən videonu sizlərə təqdim edirik:

Nə düşünürsən?