Musiqili yol: Maşın keçdikdə musiqi səslənir

  • 03.01.2020
  • 0

Bəzi dövlətlər yol qəzalarının qarşısını almaq üçün müxtəlif üsullara əl atırlar. Həmin üsullardan biri də musiqili yolların çəkilməsidir. Bu yollar sürücülərin yatmasına imkan vermir, onların öz fikirlərini yalnız yola cəmləməsinə və daha diqqətli olmasına şərait yaradır. Dünyada ilk musiqili yol Danimarkada çəkilib. Asphaltophone adlanan həmin yol 1995-ci ildə yerli dizaynerlər tərəfindən istifadəyə verilib.

Musiqili yollardan geniş istifadə edən ölkələrdən biri də Cənubi Koreyadır. Burda belə yollardan birinin uzunluğu 345 m.dir və həmin marşrut 4 günə istifadəyə verilib. Yol xüsusi titrəmələr və səs effektləri ilə təchiz edilib.

Yaponiya anoloji yolların sayına görə liderdir. Ölkədə üç belə marşrut var. Onlardan ikisinin uzunluğu 250 m., birinin uzunluğu 175 m.dir. Ən əsası isə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, məhz bu cür müasir texnologiyanın tətbiqindən sonra həmin yollarda qeydə alınan qəzaların sayı iki dəfə azalıb.

Nə düşünürsən?