DYP qaydalara məhəl qoymadı, vəzifəsindən sui-istifadə etdi

  • 03.01.2020
  • 0

Sumqayıt şəhərində 99 YP 157 dövlət qeydiyyat nömrəli avtomobil ilə xidmət edən DYP müfəttişi qanunlara məhəl qoymadan 2 dəqiqə ərzində 3 kobud qayda pozur. 


Belə ki, DYP əməkdaşı bir dəfə Yol Hərəkəti haqqında Qanunun 59-cu maddəsinin tələbini pozaraq svetoforun qırmızı işığında yolayrıcına daxil olmuş, iki dəfə isə YHQ-un 36-cı maddəsinin tələbini pozaraq standarta uyğun çəkilmiş yol nişanlanmasının tələbinə əməl etməyərək, kobud qayda pozuntuları törətmişdir.


Bu əməli ilə DYP müfəttişi sürücülərdən qaydalara əməl etmələrini necə tələb edir?

Nə düşünürsən?