Qadın sahibkarlara dəstək artır

  • 01.01.2020
  • 0

Qadın sahibkarlar tərəfindən sənaye istehsalı sahəsində kiçik müəssisələrin açılması planlaşdırılır. Bu isə minlərlə yeni iş yerinin yaradılması deməkdir.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Qadın Sahibkarlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva deyib. Onun sözlərinə görə, bunun üçün artıq 10-dan çox layihə hazırdır və aidiyyatı qurumlara biznes-planlar təqdim edilib.

Assosiasiya hazırda bu layihələrdə birbaşa iştirak edən Avropanın bir sıra aparıcı təşkilatları ilə sıx əməkdaşlıq edir. Həyata keçiriləcək layihələrin maliyyə dəstəyinin bir qismini də məhz həmin təşkilatlar təmin edəcəklər.

Bakıda da qadın sahibkarlığının təşviq olunması üçün işlər görülür. Nəticədə 1500 qadının işlə təmin olunması nəzərdə tutulur. Həyata keçirilən layihələrin önəmli bir qismi isə bölgələrdə reallaşır. Oğuzda xidmət sahəsi üzrə 6, istehsalat sahəsində 4 müəssisə fəaliyyət göstərir. Bundan başqa Tovuzda 35 qadın üçün iş yeri yaradılıb. Cəbhə bölgələrində də aparılan maliyyə savadlılığı tədbirləri nəticəsində 35 qadın işlə təmin olunub. Ümumilikdə, bölgələrdə 350 qadın indiyədək maliyyə savadlılığı təlimlərinə cəlb olunub və onların əksəriyyəti artıq öz bizneslərinə start veriblər.

Nə düşünürsən?