Dünyanın üç ən varlı futbolçusu kimdir?

  • 31.12.2019
  • 0

#Messi #Ronaldo #Bolkiah

Dünyanın üç ən varlı futbolçusu kimdir?

Müasir dövrün ən gəlirli idman sahələrindən biri futboldur. Öz hobbiləri ilə məşğul olaraq milyonlar qazanan futbolçulara bir çox insanlar həsəd aparır. Bəs görəsən hazırda futbolçular arasında ən varlı kimdir?

“TarPas” kanalı dünyanın üç ən varlı futbolçusunu diqqətinizə təqdim edir:

Üçüncü pillədə “Barselona”nın argentinalı ulduz oyunçusu Lionel Messidir. O, həmkarları Ronaldo və Bekhemdən fərqli olaraq, moda arxasınca qaçmır və meydandan kənarda ən yaxşı olmağa çalışmır. Amma bunlara baxmayaraq Messi 10 ildən çoxdur ki, “Adidas”, “Pepsi”, “Lays” və “Gilette” kimi şirkətlərlə əməkdaşlıq edir. Bu əməkdaşlıqlar nəticəsində Messinin reklamdan qazandığı illik gəlir 27 milyon avrodur. “Barselona” ilə olan müqaviləsinə görə isə Messi illik 84 milyon avro qazanır.

Ümümi var-dövləti 400 milyon avrodur.

İkinci pillədə təkcə yaşıl meydanda deyil, həm də moda aləmində ən yaxşı olmağa çalışan “Yuventus”un portuqaliyalı ulduz oyunçusu Kriştiano Ronaldodur.  Kriştiano “Yuventus” ilə olan müqaviləsinə görə illik 66 milyon avro qazanır. Bu məbləğ Messi və Neymarın illik maaşından az olsa da Kriştiano Ronaldo “marketinqin tanrısı” kimi tanınır. O, “Nike”, “EA Sports” və yüzlərlə şirkətin əsas reklam üzüdür. Kriştiano Ronaldonun şəxsi parfümeriya biznesi olduğu kimi, otel biznesi də var. Onun reklamlardan illik qazancı 50 milyon avrodur.

Ümümi var-dövləti 450 milyon avrodur.

Təəccüblü olsa da dünyanın ən varlı futbolçusu heç də dünyanın ən güclü futbolçularından deyil. O, bir çoxumuzun tanımadığı, “Lester Siti”nin bruneyli hücumçusu Faiq Bolkiahdır. Los-Ancelesdə anadan olmasına baxmayaraq Bruney yığmasını seçən Faiq, 2016-cı ildən “Lester”dədir. 21 yaşlı futbolçunun maaş və reklam gəlirləri az olsa da, o, dünyanın ən varlı futbolçusudur. Çünki Faiq Bolkiah 20 milyard avro məbləğində mirasın varisidir və o, əmisindən sonra Bruneyin növbəti sultanı olacaq.



TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw


TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html

TarPas "twitter"də: https://twitter.com/Cekli829


Tövsiyə etdiyim videolarım:

➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA

➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs

➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro

➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0

➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak

➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk

➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw

➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw

➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno

➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM

➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY

➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs

➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI

➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk


İstifadə olunan video: https://youtu.be/rBWNI18fbHI

Musiqi: YouTube Library

Musiqi: Running Out NEW 3:01 Patrick Patrikios Pop | Dramatik

Nə düşünürsən?