Blumberq: Putin 20 ildə Rusiya üçün elə şeylər etdi ki...

  • 30.12.2019
  • 0

Rusiya Sovetlər İttifaqı dağıldıqdan sonra itirdiyi təsir gücünün bir çoxunu Vladimir Putinin rəhbərliyi altında geri qaytara bildi.

Axar.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyinin Rusiyanın son 20 illik dövrünü əhatə edən təhlilində bildirilib.

Agentlik qeyd edir ki, Putin Rusiyası 20 yaşındadır və hər zamankından daha güclüdür:

"Rusiya Çinlə əlaqələrini gücləndirməyi bacardı, Krımı Rusiya ərazisinə qatdı, Suriyadakı vəziyyəti dəyişdirdi və NATO üzvü olan Türkiyəyə silah satdı. Rusiya yenidən Yaxın Şərqdə əsas gücə çevrildi və Afrikada təsirini artırdı. Putinin ən böyük uğuru məhdud büdcə ilə ölkənin geosiyasi təsirini genişləndirməsi oldu. Üstəlik, yalnız ABŞ-ın müdafiə xərcləri Rusiyanın hər bir şeyə xərclədiyindən ikiqat çoxdur. Hazırda Rusiyanın maliyyə balansı dünyada ən yaxşılardandır".

Nə düşünürsən?