Vətənə qayıdan Kənan MM: "Hüseyn Dərya haqqında film çəkirəm"

  • 28.12.2019
  • 0

Rejissor Kənan MM vətənə qayıdıb.

BiG.AZ xəbər verir ki, rejissor "Show news" verilişinə vətənə dönmə səbəbini açıqlayıb.

Türkiyədə "Savaşçı" serialında azərbaycanlı zabit Bəxtiyar obrazını canlandıran Kənan bildirib ki, artıq yorulub və Azərbaycan üçün darıxıb:

"Dönüş səbəbim sindrom yaşamağım oldu. Soyuqdan bezdim...Seher saat altıya kimi yxusuz qalmaqdan bezdim...Hər şey efirdə iki saat filmi izləyəcək qədər asan deyil. Əskişəhər, yəni serial çəkilən məkan mənə Naxçıvanıın soyuğunu xatırladırdı. Dağın arasında kameranı fenlə işə salıb çəkdiyimiz günlər olurdu. Gələndə serialı çəkən şirkət buraxmaq istəmirdi amma xahiş etdim ki, vətənim üçün darıxıram. Əliboş gəlməmişəm və Azərbaycanda yeni serial çəkilişinə başlayacam. Amma butün bunlar bir qırağa, gəlməyimin əsl səbəbi Hüseyn Dərya haqqında film çəkməkdir. Mərhum Hüseyn Dəryanı canlandıracaq aktyoru belə tapmışam. İki namizədim var. Sadəcə hələ paylaşmaq istəmirəm çünki burda tək bənzərlik yox, aktyorluq da şərtdir. Mart ayında filmin kastinqi olacaq ondan sonra qərar verəcəm. Filmdə özüm də rol alacam. Hüseynlə səhnələrim var. Məşhurlardan Fərda, Kamran Həsənli, Dilarə xanım var ki, filmdə başqa rolu deyil, özlərini canlandıracaqlar.

Kənan serialda ödəmələrin gecikməsi məsələsinə də aydınlıq gətirib:

"Kino, serial zatən könul, qəlb məsələsidir. Sənə milyon versələr belə, sən o işi bacarmırsansa, o pul orada heç nəyi həll etmir. Türkiyədə dolların məzənnəsinin qalxması daha çox olduğu üçün tək məndə yox, serialda ümumi narazıçılıqlar yarandı. Keçən sezon da bu problem var idi. İndi də ödəmələrdə gecikmələr oldu. Biz azərbaycanlı olaraq ona alışmadığımız üçün narazılıq olurdu".

Nə düşünürsən?