Şirkət 10 milyonu işçiləri arasında böldü - Yeni il sürprizi

  • 27.12.2019
  • 0

ABŞ-ın Yuta ştatında Solt-Leyk-Siti şəhərindəki “St. Jhon Properties” adlı daşınmaz əmlak şirkəti işçilərinə qeyri-adi Yeni il sürprizi edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əyləncəli gecə təşkil edən şirkətin baş direktoru Edvard Sent-Con 10 milyon dollarlıq pul mükafatı təyin etdiyini bildirib və işçilərə əllərindəki zərfləri açmalarını söyləyib. Şirkət rəhbəri 198 nəfər işçisinin hər birinə orta hesabla 50 min dollar verib. Ən kiçik mükafat isə 100 dollar olub. Bu məbləğ şirkətdə cəmi bir gün çalışanlara verilib. Ümumilikdə bonusun məbləği işçinin şirkətdə olma müddətindən və iş təcrübəsindən asılı olub. Gecədə əməkdaşlardan birinə verilən ən böyük mükafat məbləği 270 min dollar təşkil edib.

Nə düşünürsən?