Bu şəxslər üçün yeni evlər tikiləcək

  • 25.12.2019
  • 0

Gələn il ümumilikdə 1500 Qarabağ müharibəsi əlili və şəhid ailəsi fərdi evlər və mənzillərlə təmin olunacaq. Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla, bu kateqoriyadanolan şəxslər üçün 300 fərdi ev tikiləcək.Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəişlərə başlanılıb.

Gələn ilQarabağ müharibəsi əlili və şəhid ailəsi üçün 300fərdi ev tikləcək.

Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudovun sözlərinə görə,hansı şəxslər üçün fərdi evlərin tikiləcəyi ilə bağlı siyahı dəqiqləşdirlir və yerli icra hakimiyyəti orqanlarına bununla bağlı müraciət olunacaq.

Şöbə müdiri bildirdi ki,nazirlik tərəfindən 2014-cü ilin yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı işi həyata keçirilir.Bu məqsədlə də cari ildə 934 nəfər fərdi evlərlə və mənzillərlə təmin olunub.Növbəti ildə isə Prezindet İlham Əliyevin tapşırğı ilə 1500 nəfər həmmənzillərlə,həm də fərdi evlərlə təmin olunacaq.

Qeyd edək ki,ötən gün Prezident İlham Əliyevin ötən gün imzaladığı sərənəcama əsasən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə2019-cu il dövlət büdcəsindən20 milyon 610 min manatayrılıb.

Nə düşünürsən?