Sürücülərin DİQQƏTİNƏ: Yeni QADAĞA

  • 19.12.2019
  • 0

Sürücülərin DİQQƏTİNƏ: Yeni QADAĞA Bakıda yol hərəkətinin təşkili ilə bağlı daha bir dəyişiklik edilib. Belə ki, Heydər Əliyev prospekti ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından üzü şəhər istiqamətində hərəkət edərkən Koroğlu metro stansiyası ilə Atletlər kəndini ayıran yol hər iki istiqamətdə minik və yük avtomobillərinin hərəkəti üçün qadağan edilmişdir. YPX.AZ xəbər verir ki, artıq noyabr ayının əvvəlindən həmin küçəyə hər iki istiqamətdən 3.1 - “Giriş qadağandır” nişanı qoyulub. Lakin bəzi sürücülər nişana əhəmiyyət vermədən hərəkəti davam etdirirlər. Sürücülərə bildiririk ki, artıq həmin ərazidə yol polisləri xidmət aparır və nişanın tələbini pozan sürücülər müvafiq qanuna əsasən cərimə edilir. Bu küçəyə girişə yalnız ictimai nəqliyyat vasitəsi olan avtobuslara icazə verilir. Qeyd edək ki, bu qaydanı pozan sürücüləri İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 cərimə balı və 60 manat cərimə gözləyir.

Nə düşünürsən?