Əks yolda hərəkət edən sürücülər DİQQƏT

  • 19.12.2019
  • 0

Bakıda əks yola çıxan avtomobillər, qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olublar. Belə bir görüntünü sürücülərdən biri çəkərək "Ypx.az"ın qaynar xətt nömrəsinə göndərib. Sürücü iddia edir ki, əks yoldan gələn avtomobillərin sürücüləri qoşa xəttin tələbini pozaraq əks yola çıxıblar. Əksər sürücülər belə bir mənzərə ilə demək olar ki, hər gün rastlaşır. Bu da nəqliyyatın hərəkətinə problemlər yaradır. Öz zolaqları ilə hərəkət etməyən belə sürücülər həmçinin digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla yanaşı, avtomobillərin tıxacda qalma müddətini də artırır. Nəzərinizə çatdıraq ki, Bakıda böyük tıxacların yaranmasının başlıca səbəblərindən biridə qarşı zolağa çıxan sürücülərdir. Qeyd edək ki, qanunvericilyə əsasən bu qaydanı pozan sürücüləri İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 cərimə balı və 100 manat cərimə gözləyir. Həmin görüntüləri sizə təqdim edirik:

Nə düşünürsən?