Kirayə evlərin hansı ərazilərdə olacağı məlum olub

  • 18.12.2019
  • 0

Kirayə evlərin hansı ərazilərdə olacağı artıq bəllidir.

Xezerxeber.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov açıqlayıb.

Vüqar Bayramovun sözlərinə görə, kirayə evlərin seçilməsi üçün yaradılan elektron sistemdə son tamamlama işləri aparılır. Bu proses bitən kimi yaxın zamanda xidmətin vətəndaşların istifadəsinə veriləcəyi gözlənilir.

Ekspertin fikrincə, kirayə evlərin üstünlüyü ondan ibarətdir ki, burda vətəndaşların həmin mənzilləri əldə etməsi üçün heç bir məhdudiyyət qoyulmayıb. Bu isə daha çox insanın bu sosial layihədən faydalanmasına səbəb olacaq.

Vüqar Bayramovun sözlərinə görə, gələcəkdə başqa ərazilərdən də mənzillər seçilib alınacaq.

Onu da qeyd edək ki, kirayə mənzillərə sahiblənmək üçün ilkin ödəniş nəzərdə tutulmayıb. Amma kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlandıqdan sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən ödənilməlidir.

Nə düşünürsən?