Yolda qalan sürücüyə kömək edən polisin görüntüləri

  • 18.12.2019
  • 0

Yol Patrul Xidmətinin əməkdaşı yolda qalan sürücüyə yardım edib. Bu barədə qaynar xəttimizə izləyicimiz məlumat verib.

Bir neçə gün əvvəl axşam saatlarında, Bakı kənar dairəvi yolda, 10 OD 567 dövlət qeydiyyat nişanlı avtomobil nasazlıq səbəbindən yolda qalıb. Ərazidə xidmət aparan YPX əməkdaşı dərhal müdaxilə edib və avtomobili yolun hərəkət hissəsindən kənara çəkiblər. YPX əməkdaşının bu təqdirə layiq hərəkətini digər sürücülərdən biri video qeydə alaraq qaynar xəttimizə göndərib. 

Nə düşünürsən?