2022 Dünya Çempionatında sürücüsüz avtomobillər

  • 18.12.2019
  • 0

Qətər və Volkswagen Group avtonom ictimai nəqliyyat vasitələri üçün razılığa gəlib.

Qətər, 2022 FİFA Dünya Çempionatında elektrikli və avtonom ictimai nəqliyyat vasitələri üçün Volkswagen ilə razılığa gəlib. Dohada təşkil olunacaq yarışa gələcək futbol həvəskarlarının, sürücüsüz avtomobilləri təcrübə etmələrini və şəhərdən razı qalmış şəkildə qayıtmalarını hədəfləyir.

Düşünülən bu ortaqlıq sadəcə Dünya Çempionatı ilə sərhədlənməyəcək. Qatar Investment Authority ilə Volkswagen arasında gəlinən bu razılıq ilə Qətərdəki ictimai nəqliyyat infostrukturunun yenidən dizayn edilməsi də hədəflənir.

2020-ci ildə testlərinə başlanması planlanan layihənin 2022-ci ilə qədər tamamlanması planlanır. 

Hazırlanması planlanan bu yeni konseptin Volkswagen-in 2017-ci ildə təqdim etdiyi I.D. Buzz modeli üzərindən dizayn ediləcəyi deyilir.

Nə düşünürsən?