Beren Saat qala gecəsində geyimi ilə göz qamaşdırdı

  • 18.12.2019
  • 0

"Netflix”in Türkiyə istehsalı ilə lentə alınan "Atiye” serialının dünən təntənəli təqdimat mərasimi keçirilib.

Türkiyə mətbuatı xəbər verir ki, baş rollarda Beren Saat və Mehmet Günsürün oynadığı serialın ilk mövsümü dekabrın 27-də rəqəmsal platformada yayımlanacaq.

Ekran işinin qalasına qatılan Beren Saatın gözəlliyi diqqət mərkəzində olub. Kino ulduzu qala üçün Özgür Mansurun əl işi olan mavi libas seçib. Makiyajdan minimum istifadə edən ulduz obrazını "MiuMiu” markasına aid olan gümüşü və alçaqdabanlı ayaqqabı ilə tamamlayıb.

Beren Saat jurnalistlərə açıqlamasında bildirib ki, "Atiye”nin hekayəsi izləyənləri çox təsirləndirəcək: "Əslində, bu coğrafiyadan çıxan bir hekayədir. Digər tərəfdən Göbeklitepe hekayədə baş roldadır. Çünki ekran işi insanlıq üçün önəmli olan Göbeklitepe ilə əlaqəli bir sirrin axtarışlarından bəhs edir. Biz də bu hekayənin canlanmasına kömək edirik. Hekayədə baş rolu əslində Anadolu oynayır. Təsadüfi olmayan, xəyal quran və bunu sevgi ilə həyata keçirən çox istedadlı bir komanda ilə işlədik. Çəkdiyimiz serialın izləyicilər üçün maraqlı olacağına inansaq da, həyəcanlıyıq. "Netflix”in sərbəstlik verməsi və onların güvənini hiss etmək gözəldir”.

Serial Onur Güvenatam, Ozan Açıktan və Gönenç Uyanıkın rejissorluğu ilə Nuran Evren Şitin "Dünyanın oyanışı” adlı kitabdan ilhamlanaraq yazdığı ssenariyə əsasən lentə alınıb.

Qala gecəsində layihənin yaradıcı heyəti ilə yanaşı, Elçin Sanqu, Hazal Ergüçlü, Cansu Tosun , Ezgi Mola və bir çox sənət adamları iştirak edib.

Nə düşünürsən?