Sürücüsü olmayan maşın qəza törətdi

  • 17.12.2019
  • 0

Deyilənlərə görə park rejimində olan avtomobil öz-özünə hərəkət edərək küçədə yoxuş aşağı getməyə başlayıb. Avtomobil əvvəlcə park halında olan bir avtomobilə daha sonra isə hərəkət halında olan digər avtomobilə çırpılıb və öz yolu ilə gedən avtomobil zərbə nəticəsində səkiyə çıxıb. Daha da sürətlənən avtomobil ən son daha bir park halında olan avtomobilə çırpılaraq dayanıb. 

Qəza zamanı hərəkət halında olan avtomobildəki iki nəfər yüngül xəsarət alıb. Vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Zərər çəkmiş 4 avtomobil evakuatorlar vasitəsi ilə qəza yerindən aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?