DİQQƏT! Yeni NİVA satışa çıxır!

  • 17.12.2019
  • 0

Bu gün AvtoVAZ şirkəti yenilənmiş Lada 4x4 modelinin şəkillərini dərc edərək, baş vermiş yeniliklər barədə məlumat verib. Artıq xəbər verdiyimiz kimi, ofrouderdə baş vermiş əsas dəyişikliklər onun interyerinə aiddir.

İlk növbədə, yenilənmiş salonda gözə çarpan əsas element yeni mərkəzi konsoldur: burada havalandırma sisteminin idarəedilməsinə cavabdeh olan üç hərlənən düyməni və yeni deflektorları görmək olar. Bundan başqa, havalandırma sisteminin çəpərçiklərinin elektrik ötürməsi ilə təchiz edildiyi də bildirilir.

Tamamilə yenidən işlənilmiş cihazlar paneli siferblatların və bortkompyüterin ağ işıqlandırmasına sahib olub. Deyilənə görə, bortkomöyüterin funksiyaları da artırılıbdır. Mərkəzi tonnel də yenidən işlənibdir: burada yeni stəkanaltıları və xırda əşyalar üçün bölməni görmək olar. Bundan başqa, Lada 4x4 modelini inkişaf etdirilmiş yan dəstəyi və təkmilləşdirilmiş qatlama mexanizmləri olan ön oturacaqlar, həmçinin iki dirskəkaltısı olan arxa divanla təchiz ediblər.

Avtomobilin tavanında da yeniliklər vardır. Tavanda işıqlandırma lampalarının daha effektiv bloku və Era-Qlonass sisteminin düymələri quraşdırılıb. Eyni zamanda, başqa tavan dəstəkləri və günəşliklər, həmçinin alın şüşəsinin dayaqlarının yenilənmiş üzlükləri də tətbiq edilibdir. AvtoVAZ vibroakustik komfortun artırılmasına da xüsusi diqqət yetirib: izolyasiya materiallarının sıxlığının artırılması ilə yanaşı mühərrikin dayaqları da dəyişdirilibdir.

Nə düşünürsən?