Sumqayıtda məktəblilər təhlükəsizlik tədbiri keçirilib

  • 16.12.2019
  • 0

Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində Yol Hərəkəti Təhlükəsizliyi qaydaları adlı tədbir keçirilib. Çıxış edən liseyin direktoru Rüxsarə Məmmədova bildirib ki, tədbirin mədsədi uşaq və yeniyetmələrdə yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirlərə təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdır. Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin təbliğat və təşviqat üzrə inspektoru Fərid İldırımzadə və 1-ci Polis Bölməsinin inspektoru Vüsal Tahirov qeyd ediblər ki, bu cür tədbirlərin keçirilməsi gələcəyimiz olan uşaqların təhlükəsizliyi üçün önəmlidir.

Nə düşünürsən?