Tıxacda əks yola çıxan sürücülərin diqqətinə

  • 16.12.2019
  • 0

Tıxacda əks yola çıxan sürücülərin DİQQƏTİNƏ Yollarda heç kim gəlib yolda tıxac yaratmır. Tıxacı sürücülər özləri yaradır. Elə tıxacda qalan da özləri olur. Niyə? Səbəb çox sadədir; qaydalara əməl etmirlər. Hamı harasa tələsir, heç kim səbr etmək, qaydalara əməl etmək istəmir. Sağa-sola baxırlar, yol polisi və ya kamera yoxdursa, “B” variantına keçirlər. Yəni, kim tez keçdisə yol onundur. Sıxlıq yaranan kimi yolda sanki “kim tez aradan çıxdı” yarışı başlayır. Və bütün bunlar sonda tıxaca səbəb olur. Tıxac isə daha ağır prosesdir. Saatlar, dəqiqələr boş-boşuna keçib gedir. Maddi-mənəvi zərəri hesablamaq da vacibdir. Hər halda avtomobil hava-su ilə işləmir. Bəs, gəlin görək tıxaclar harada və hansı səbəbdən baş verir? Bir çox hallarda tıxaclarda sürücülər kobud qayda pozaraq əks yola çıxırlar. Bununla sanki öz vaxtlarına qənaət etdiklərini düşünürlər. Lakin bu heç də belə deyil. Əks yola çıxan sürücülər tıxacın daha da böyük olmasına səbəbkar olurlar. Mirzə adlı sosial şəbəkə istifadəçisi belə bir halın baş verməsini video qeydə alaraq paylaşıb. Videodan da göründüyü kimi bu tip sürücülər az deyil. Və tıxacların daha uzun müddətli olmasına onlar səbəbkardır. Xatırladaq ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsində 60 manat və 3 cərimə balı nəzərdə tutulur.

Nə düşünürsən?