Bakıda avtoxuliqanlıq edən "priora"lar

  • 16.12.2019
  • 0

Yusif Səfərov küçəsində qaydaları kobud şəkildə pozan sürücülər kameraya düşüb. YPX.az xəbər verir ki, “Priora” markalı avtomobil sürücüləri əvvəlcə manevr qaydalarını pozurlar. Digər sürücülər üçün təhlükə yaradan sürücülər ardınca sağ-sol hərəkətləri edirlər. Onlar avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaradaraq, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdiriblər. Sürücülərin əməllərində avtoxuliqanlıq var. Ümid edirik ki, yol polisi bu videoya baxıb sürücüləri aşkarlayaraq və barələrində müvafiq tədbir görəcək.
 

Nə düşünürsən?