Aqşin Fateh müğənnilərə lağ elədi: "Trendə düşə bilmirlər"

  • 14.12.2019
  • 0

Meyxanaçı Aqşin Fateh “Youtube”da trendə düşə bilməyən müğənnilərə lağ edib.

Lent.az -ın məlumatına görə, ifaçı “Üç əlli” verilişində bildirib ki, müğənnilər meyxanaçıları görəndə qıcıq olur:

“Məni toya dəvət etmək üçün axtarırlar, deyirlər ki, Bakıda deyiləm. Əksinə Bakıda oluram. Çoxu məni sevmir. Çünki sözü üzə deyənəm. İstər müğənniyə, istərsə də meyxanaçıya qarşı eyni sifətdəyəm. Mənə 1 addım dala çəkildilərsə, mən o insanı əzib keçərəm. Müğənnilər trendə baxırlar ki, meyxanaçılar 1-2-3-cü yerləri tutublar. Onlar da 145 ildir sənətdə daban döyürlər, “Youtube”da trendə düşə bilmirlər. Ona görə də onlarda qıcıq yaranır”.

Nə düşünürsən?