16 yaşlı gəncin dəhşətli ölümü: İşıqfordan asaraq boğazını kəsiblər

  • 14.12.2019
  • 0

İraqda bir neçə aydır ki, davam eədn kütləvi aksiyalar fonunda bi yeniyetmə daş-qalaq edilib. Cebhe.info xəbər verir ki, hadisə Bağdadın mərkəzində olub. Yeniyetmə hər kəsin gözü qarşısında öldürülüb. Ancaq hətta polisin belə olaya müdaxilə etmədiyi deyilir.

Məlumata görə, 16 yaşlı yeniyetmə tapançadan göyə atəş açıb. Buna səbəb isə aksiyaçıları evinə yaxın buraxmamaq olub. Bundan qəzəblənən aksiya iştirakçıları 16 yaşlı Əli İsmayılın evinə yandırıcı maddə dolu butulka atıb, eləcə də ona 16 bıçaq zərbəsi vurub, daha sonra isə daş-qalaq ediblər. Gəncin paltarlarını cıraraq küçəyə çıxarıb, xüsusi amansızlıqla öldürərək işıqfor dirəyindən asıb və boğazını kəsiblər. 

Yaxınlıqdakılar hadisəni mobil telefonla görüntüləyib. Çox keçmədən hadisə yerində gəncin xatirəsini yad etmək üçün gül dəstələri qoyulub. 

Nə düşünürsən?