Oğurluq etmək istəyən şəxslər...

  • 14.12.2019
  • 0

Braziliyada maraqlı hadisə yaşanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, San-Paulu şəhərində bir şirkətin vitrin şüşəsini qıraraq içəri girən 3 oğru divardan asılan televizoru oğurlamaq istəyib. Bir neçə dəfə yerə yıxılan oğrular televizoru oğurlaya bilmədən qaçıblar. Həmin şəxslərin saxlanılması üçün araşdırma başladılıb.

Həmin anlar kamera ilə lentə alınıb.

Nə düşünürsən?