Rəşid Mahmudov: "Evli kişi ilə münasibət qurmaq əxlaqsızlıqdır"

  • 13.12.2019
  • 0

əbər verdiyimiz kimi Azərbaycanda qadın evli sevgilisi tərəfindən yandırılıb. Son dövrlər sevgililəri və həyat yoldaşları tərəfindən şiddətə məruz qalan qadınların sayı çoxalıb.


Bununla bağlı Sonxeber.az-a danışan fizioloq, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib ki, evli kişi ilə münasibət qurmaq əxlaqsızlıqdır: "Bu təkcə qadının deyil, həm də kişinin əxlaqsızlığıdır. Bu məsələdə bizim də günahımız var. Əgər boşanmış qadınlarımızı qorumaq və onları bu cür əxlaqsızlıqlardan çəkindirmək istəyiriksə, dolana biləcəkləri qədər maaş verilən işlə təmin etməliyik. Bundan əlavə uşaq pulu yenidən bərpa edilsin. Ən önəmlisi isə qadınlarımıza hörmət edilsin, onlara qarşı şiddət törədilməsin. Onda görəcəyik ki, heç bir qadın evli kişilərə meyl edib, ailə dağıtmazlar".

Nə düşünürsən?