“Söydürməyin əzizlərinizi” – Tolik yenə əsəbləşdi

13.12.2019 | 440 | 0

Tanınmış prodüsser-teleaparıcı Tarix Əliyev (Tolik)  sürücülərə səslənib.

Tolik  sosial şəbəkədə yağışlı günlərdə sürücüləri diqqətli olmağa çağırıb:

"Baxın, yavaş keçməkləri yoxdur. Camaat yolun qırağında dayanıb, avtobus gözləyir. Vallah, yalnız bizdədir, maşını olan düşünür ki, piyadalar bundan kasıbdır, imkansızdır. Nə olar ki, bir az yavaş keçsəniz? Səhər-səhər söydürməyin özünüzü, avtobus dayanacaqlarının yanından yavaş keçin, camaatın üstünə su vurmayın!”

O paylaşdığı videonun altına isə bu sözləri yazıb: "Sabahınız xeyir. Sükan arxasında olanlar bir az insaflı olun, yol kənarında dayanan insanları yaş etməyin! Söydürməyin əzizlərinizi, vallah, yağış yağanda ürəyim ağrayır camaata, insanlar nələr çəkir. İndi gör bəzi qəsəbələr nə gündədir!”.

Qeyd edək ki, bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, piyadaların üzərinə çirkli su sıçradan sürücülər 40 manat cərimə olunacaq: "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 1.5 bəndində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki,  bu qaydanı pozan hər kəsə  40 manat miqdarında cərimə tətbiq olunacaq”.(yeni sabah) 

Nə düşünürsən?