Yunan-Roma güləşçilərimizin Minsk toplanışı

  • 12.12.2019
  • 0

Yunan-Roma güləşi üzrə milli komandamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir.


Offsideplus.az xəbər verir ki, millimiz "Stayki" Olimpiya İdman Kompleksində yerli komandayla birgə hazırlıq keçir.

Dekabrın 25-dək davam edəcək TMT-də güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.

Xatırladaq ki, nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov rəhbərlik edir.

Daşqın Əziz

Nə düşünürsən?